Ana Sayfa > Cəmiyyət / Karusel > Ucarda 83 yaşlı falçı itkin düşüb

Ucarda 83 yaşlı falçı itkin düşüb


11-01-2017, 17:38. Yazar: admin


Ucar rayon sakini itkin düşüb.
Rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.
X.Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X. Əliyevin tapılması istiqamətində tədbirlər görülür.
Məlumata görə, itkin düşən X.Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib.
Geri dön