Ana Sayfa > Manşet / Siyasət > 10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan yalnız uğur qazanıb
10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan yalnız uğur qazanıb10-11-2024, 09:55. Yazar: sevinc1 |
Azərbaycan 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bunu şərtləndirən Azərbaycanın siyasi, iqtisadi və hüquqi baxımdan peşəkar, keyfiyyətli dövlət idarəetmə sistemi idi. 44 gün ərzində Azərbaycan ordusu bir addım geri çəkilmədi. Noyabrın 8-də alınmaz qala olan Şuşanın azad olunması düşmənin belini qırdı. Sentyabrın 27-dən noyabrın 10-na qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusu iflic oldu. Ali baş komandan İlham Əliyevin də söylədiyi kimi, Paşinyan məcbur olub kapitulyasiya aktına imza atdı. Beləliklə, 10 noyabr bəyanatı uzun illər davam edən işğala son qoydu. Bu bəyanatın imzalanması ilə Azərbaycan siyasi, diplomatik və iqtisadi uğurlar əldə etdi. İlk növbədə Ağdam, Laçın, Kəlbəcər, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Üçtərəfli bəyanatdan ötən 4 il ərzində Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn 5 əsas prinsipi irəli sürüldü. Üçtərəfli bəyanatın hüquqi nəticələrindən biri də Azərbaycanın beynəlxalq hüquqi müstəvidə pozulmuş haqlarının bərpasıdır. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı və fəaliyyətə başladı. Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdır. 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri hələ də Qarabağda idi. Bu azmış kimi qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi, ərazi və yollar yenidən minalanırdı. Bu səbəbdən 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazilərində uğurlu antiterror əməliyyatı keçirdi və suverenliyimizi bərpa etdi. Eyni zamanda rəsmi Bakının tələbi ilə Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Cənab Prezidentin Zəfər parkında xalqa müraciətində söylədiyi kimi, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Təbii ki, bu təzyiq və hədələrin heç bir nəticəsi olmayacaq. Geri dön |