Ana Sayfa > Manşet / Siyasət / Özəl > Səttar Möhbalıyev: “10 noyabr Bəyanatı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası üçün zəmin oldu”
Səttar Möhbalıyev: “10 noyabr Bəyanatı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası üçün zəmin oldu”10-11-2024, 09:43. Yazar: sevinc1 |
44 günlük Vətən müharibəsində qazanılan Qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi. Bu Qələbə böyük Ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi. Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi. Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı.” Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir. Müsahibimiz qeyd edib ki, “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Zəfərə doğu addım-addım irəliləyirdi. Münaqişənin mövcud olduğu müddətdə Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, problemin həlli üçün hüquqi bazanı hazırladı. Uğurlu xarici siyasət və ardıcıl diplomatiya sayəsində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edildi. Prezident İlham Əliyev Azərbaycanı Qələbəyə tam şəkildə hazırlamışdı. Hərçənd, sülh danışıqları gedirdi və Bakı sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymur, əksinə, yeni işğal planları hazırlayırdı. 27 sentyabr, 2020-ci il tarixində mülki əhaliyə qarşı terror hücumu səbr kasasını daşıran sonuncu damla oldu.” Səttar Möhbalıyev bildirib ki, “Ermənistan Ordusu cəmi 44 gün davam gətirə bildi. Bu 44 gündə Azərbaycanın Müzəffər Ordusu 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Nəhayət, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını qəbul etməyə məcbur oldu. Bəyanata əsasən bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.” Üçtərəfli Bəyanatın Azərbaycan üçün üstünlüklərini qeyd edən deputat deyib: “ Birincisi, Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. İkincisi, Bəyanat status-kvonu dəyişdi Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qarabağın statusu məsələsi gündəlikdən çıxdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi anlayışı birdəfəlik ləğv olundu. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazi kimi tanındı. ...Və nəhayət, bu Bəyanat bir ildən sonra antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası üçün zəmin oldu.” Geri dön |