Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Cənab İlham Əliyevin Türk Birliyinin yaranması və inkişafı sahəsində həyata keçirdiyi işlər millət, xalq qarşısında ən böyük xidmətin nişanəsi kimi tarixləşəcəkdir.”
Səttar Möhbalıyev: “Cənab İlham Əliyevin Türk Birliyinin yaranması və inkişafı sahəsində həyata keçirdiyi işlər millət, xalq qarşısında ən böyük xidmətin nişanəsi kimi tarixləşəcəkdir.”8-11-2024, 08:52. Yazar: sevinc1 |
“Təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Xüsusilə də son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini və inkişafını zəruri edir. Ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır. Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında Türk dünyasının birliyinin gücləndirilməsi sahəsində həyata keçirilən işlərdən, bu sahədə Azərbaycanın prioritetlərindən söhbət açmışdır. Ölkəmizin başçısı vahid və böyük bir ailə olan Türk ailəsinin getdikcə möhkəmlənən birliyinin hər sahədə özünü qabarıq şəkildə göstərdiyini bildirərək nəqliyyat və kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlərə diqqət çəkmiş, Təşkilatın daha səmərəli fəaliyyəti üçün Azərbaycanın maliyyə dəstəyi göstərdiyini qeyd etmişdir. Bu onu göstərir ki, həmişə olduğu kimi yenə də cənab ilham Əliyev bu Təşkilatın yarandığı gündən bəri daha da inkişaf etməsində, sarsılmaz dostluq, qardaşlıq birliyinə çevrilməsində maraqlıdır.” Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir. Müsahibimiz qeyd etmişdir ki, Bişkek Zirvə Sammitində ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qarşılıqlı əlaqələrini, yüksək səviyyədə əməkdaşlığını müsbət qiymətləndirmiş və cari ilin İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini qeyd etmişdir: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.” Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini xüsusi vurğulayan ölkə başçısı bildirib ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Səttar Möhbalıyev bildirib ki, “30 illik işğaldan sonra ölkəmizin azad edilmiş ərazilərdə aparılan abadlıq və quruculuq işlərini diqqətə çatdıran cənab İlham Əliyev bu sahədə qardaş ölkələrin dəstəyini vurğulamış, təşəkkürünü bildirmişdir. Ölkəmizin başçısı yaxın günlərdə keçiriləcək COP29 tədbirinin 200 dövlət tərəfindən dəstəklənməsini Azərbaycana olan sayğının və diqqətin təzahürü adlandıraraq, qardaş Türk dövlətlərinin bu konfransda yüksək səviyyədə təmsil olunacağından əminliyini ifadə etmişdir.” Millət vəkili sonda qeyd etmişdir ki, “bu günlər tarixə qovuşacaq, yeni nəsillər yeni ideyalarla yaşayacaqdır. Lakin cənab İlham Əliyevin Türk Birliyinin yaranması və inkişafı sahəsində həyata keçirdiyi işlər heç vaxt arxa plana keçməyəcək, daha da inkişaf edəcəkdir. Bu isə millət, xalq qarşısında ən böyük xidmətin nişanəsi kimi tarixləşəcəkdir.” Geri dön |