Ana Sayfa > Ölkə > Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” mövzusunda tədbir keçirildi
Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” mövzusunda tədbir keçirildiBu gün, 15:15. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, 07 noyabr 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimmiyyəti ilə birgə 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” mövzusunda tədbiri keçirildi. Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarətilə başlandı. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açıq elan edərək iştirakçıları salamladı, tədbir barədə ətraflı məlumat verərək, onları 8 noyabr - Zəfər Günü münasibətilə təbrik etdi. Giriş nitqi ilə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından geniş danışdı. Rayon İcra Hakimiyyətinin Başçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında müstəqil, suveren Azərbaycanımızın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan, qarşıda duran hədəflərdən də ətraflı bəhs etdi. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək noyabr ayının bayramlar ayı olduğunu və 8 noyabr - Zəfər Gününün bu bayramlar içərisində xüsusi yeri olduğunu diqqətə çatdırdı. Rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan ordusunun şücaətindən ətraflı bəhs etdi. Natiq müdrik Azərbaycan xalqının Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bundan sonra da yeni – yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirdi və bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Tədbirdə partiya veteranı Gövhər Rəhimova, partiya fəallarından Elvin Əmiraslanov, Pəri İbrahimova çıxış etdilər. Partiya veteranı şair Cavanşir Rüstəm Möhtəşəm Zəfərə həsr etdiyi şeirini səsləndirdi. Sonda Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri 8 noyabr - Zəfər Gününə həsr olunmuş şeirlər söylədilər. Geri dön |