Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Azərbaycan Mərkəzi Asiya ölkələrinin Türkiyə ilə nəqliyyat əlaqələrinin möhkəmlənməsində aparıcı rola sahibdir”
Novruzəli Aslanov: “Azərbaycan Mərkəzi Asiya ölkələrinin Türkiyə ilə nəqliyyat əlaqələrinin möhkəmlənməsində aparıcı rola sahibdir”7-11-2024, 11:26. Yazar: sevinc1 |
“Bu gün bütün dünya Türk dövlətləri arasında əməkdaşlığın dinamik inkişafını müşahidə etməkdədir. Öz növbəsində Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əlaqələrini həm təşkilat çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirir. Son iki ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğız Respublikasına artıq üçüncü dəfə səfər edib. Dövlətimizin başçısı cari ilin 6 noyabr tarixində Bişkekə etdiyi səfər çərçivəsində bu şəhərdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib. Mötəbər tədbirdə çıxış edən cənab Prezident 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanmış Naxçıvan Sazişi ilə Türk Dövlətləri Təşkilatının əsasının qoyulduğunu diqqət mərkəzinə çəkdi. Bu il həmin tarixi Sazişin 15-ci ildönümüdür. Ötən illər ərzində Təşkilat uğurlu inkişaf yolu keçib. Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə yeni təkan vermiş oldu. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən deputat daha sonra Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Türkiyə ilə nəqliyyat əlaqələrinin möhkəmlənməsində oynadığı aparıcı roldan bəhs edib: “Dövlət başçımızn çıxışında xüsusilə diqqəti çəkən mühüm məqamlardan biri də Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların getdikcə artması barədə səsləndirilən fikirlər oldu. Cənab Prezident qeyd etdi ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün ölkəmiz öz sərmayələrini daim artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artımın müşahidə edilməsi də Azərbaycanın ciddi səylərinin nəticəsi kimi dəyərləndirilməlidir. Ölkəmiz bu istiqamətdə işləri getdikcə genişləndirir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına tezliklə öz müsbər təsirini göstərəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |