Ana Sayfa > Manşet / Karusel > Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq


11-01-2017, 14:45. Yazar: admin


Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq.

Tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi açılacaq. Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək.

Konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Geri dön