Ana Sayfa > Ölkə > İsmayıllı rayonunda "8 noyabr Zəfər günü " münasibətilə tədbir keçirilib
İsmayıllı rayonunda "8 noyabr Zəfər günü " münasibətilə tədbir keçirilibDünən, 16:30. Yazar: sevinc1 |
ATİAHİ İsmayıllı RK-nin təşəbbüsü ilə DŞRTİ rayon sektoru ilə birgə 6 noyabrda təhsil sahəsində çalışan şəhid ailələri, 1-ci və 2-ci Qarabağ müharibələrindəiştirak etmiş veteran və qazilərlə "8 noyabr Zəfər günü " münasibətilə görüş keçirimişdir. aia.az xəbər verir ki, məktəblilər vətən müharibəsinə aid kompozisiyalarla veteran,qazi müəllimləri təbrik etmiş ,şəhid ailələrinə şeir və mahnılarla xoş münasibətlərini bildirdilər. RİH-nin başçısı Nahid Bağırovun salamını müharibə iştirakçılarına çatdıran şöbə müdiri N. Məmmədov Şəhid ailələrinə göstərilən diqqətdən danışdı.Şəhid anaları C. Mürsəliyeva,S.Səmədova, N. Novruzova və digər müharibə veteranları çıxış edərək dövlət başçısının və həmkarlar ittifaqının şəhid və qazi ailələrinə göstərdiyı qayğıya görə minnətdarlığını bildirdilər.Rk-si sədri H. Kərimov çıxış edərək Respublika komitəsinin qərarı və şəxsən komitənin sədri Araz Paşayevin xüsusi tapşırığına əsasən 70 nəfər qazi, veteran təhsil işçilərinə 100 manat miqdarında birdəfəlik maddi yardım edilməsi haqqında sərəncam verdiyini bəyan etdi. Sonra təhsil sahəsində fəallıq edən qazi,müharibə veteranı və övladı şəhid olan təhsil işçilərinə rayon komitəsinin fəxri fərmanları təqdim edildi, xatirə şəkilləri çəkildi. Geri dön |