Ana Sayfa > İqtisadiyyat / Karusel > Mərkəzi Banka 4,2 milyard dollar köçürülür, manat bahalaşacaq
Mərkəzi Banka 4,2 milyard dollar köçürülür, manat bahalaşacaq11-01-2017, 14:19. Yazar: admin |
“Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir. Hesablamalarımıza əsasən, valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollar olduğunu yazmışdıq. Deməli, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. Qara bazarın əhəmiyyəti azalacaq”. Bunu myBaku.az açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək: “Ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxartmaq, Dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq, Banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək. Qeyd etdiyimiz kimi valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür.” İqtisadçı bildirir ki, hökumət təxminən 1 il vaxt qazanıb: “Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşamq istiqamətində olacaq. Sadəcə Neft Fondunu bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın”. publika.az Geri dön |