Ana Sayfa > Dünya / Manşet > Türkiyə, Azərbaycan və Şimali Kipr Ortaq Türk Əlifbasına keçidə hazırdır -

Türkiyə, Azərbaycan və Şimali Kipr Ortaq Türk Əlifbasına keçidə hazırdır -


6-11-2024, 12:29. Yazar: sevinc1
Türkiyə, Azərbaycan və Şimali Kipr Ortaq Türk Əlifbasına keçidə hazırdır -

Bu ilin sentyabr ayında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul olunub. Bu, tarixi bir addımdır.

aia.az xəbər verir ki, bunu Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Ortaq Türk Əlifbasının qəbul olunmasını Türk Dövlətlərinin gələcəyə birgə addım atmağının nişanəsi kimi qiymətləndirib: “Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək geridönüş etməlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan Ortaq Türk Əlifbası keçidə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın isə yeni əlifbaya keçid üçün təşəbbüs başlatması vacibdir".APA

aia.az
Geri dön