Ana Sayfa > Cəmiyyət > 3 yaşlı uşaq yatdığı beşikdə yandı – AZƏRBAYCANDA

3 yaşlı uşaq yatdığı beşikdə yandı – AZƏRBAYCANDA


11-01-2017, 13:51. Yazar: admin


Ağstafa rayonunda yanğın baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib. Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.


Xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib.
Geri dön