Ana Sayfa > Siyasət > Əli Əsədov Qlobal Sammitin iştirakçıları ilə görüşlər keçirdi

Əli Əsədov Qlobal Sammitin iştirakçıları ilə görüşlər keçirdi


5-11-2024, 16:14. Yazar: sevinc1
Əli Əsədov Qlobal Sammitin iştirakçıları ilə görüşlər keçirdi

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 5-də COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin bir sıra iştirakçıları ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, Baş nazir Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

Görüşlərdə yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edilib, dünyanın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

aia.az
Geri dön