Ana Sayfa > Özəl > Avropa İttifaqı ABŞ-dan Ukraynaya yardımın dayandırılmasından narahatdır
Avropa İttifaqı ABŞ-dan Ukraynaya yardımın dayandırılmasından narahatdırDünən, 19:23. Yazar: sevinc1 |
Avropa paytaxtları Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Ukraynaya qarşı mümkün hərəkətlərindən narahatdır. Bu barədə “Politico” yazır.Xüsusilə, Keir Starmerin rəhbərliyi altında yeni Britaniya hökuməti hesab edir ki, Tramp Kiyevə hərbi yardımı kəskin şəkildə azalda bilər və ya bunu “Vladimir Zelenskinin ayaqları altından zəmin kəsəcək” sülh danışıqları üçün şərt qoya bilər. Məqalədə deyilir ki, Trampın vəzifəyə gəldikdən sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirmək vədi digər Avropa paytaxtlarında da eyni ciddiliklə qəbul edilir.Adı açıqlanmayan avropalı diplomat nəşrə verdiyi şərhdə ABŞ-ın Ukraynaya yardımının “bir gecədə dayana biləcəyi” fikrini bildirib. Rusiya prezidenti Vladimir Putin isə “bundan istifadə etmək istəyəcək və Donbası, Krımı aldığını deyəcək və növbəti dəfə gözləyəcək”.“Növbəti dəfə” məqalədə Rusiyanın Avropa İttifaqı və NATO üzvü olan Baltikyanı ölkələrə hipotetik hücumundan bəhs edilir. Bütün bunlar Fransanı xüsusilə narahat edir. “Biz Viskonsin ştatında (ABŞ ştatı – red.) seçicilərin Avropa təhlükəsizliyi məsələsini həll etməsinə icazə verə bilmərik”, - Fransanın Avropa üzrə naziri Benjamin Haddad Politico-ya bildirib. Noyabrın 4-də ABŞ Trampın Ukraynadakı münaqişəni necə bitirə biləcəyini açıqlayıb. “The Hill”də dərc olunan məqalə müəllifinin sözlərinə görə, Tramp münaqişənin hər iki tərəfinə ultimatum təqdim edəcək. aia.az Tərcümə şöbəsi Geri dön |