Ana Sayfa > Dünya > Moldova MSK Sandunun qələbəsini rəsmən təsdiqlədi
Moldova MSK Sandunun qələbəsini rəsmən təsdiqlədi4-11-2024, 17:32. Yazar: sevinc1 |
Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Maya Sandunun qələbəsini təsdiqləyib. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moldovanın hazırkı prezidenti Sandu 55,33%, onun rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67% səs toplayıb. Xatırladaq ki, səsvermənin ikinci turu noyabrın 3-də keçirilib. Bundan əvvəl Moldova Sosialistlər Partiyası digər ölkələrdə keçirilən səsvermənin nəticələrini Sandu lehinə təhrif etdiyi üçün onları tanımadığını açıqlamışdı. aia.az Geri dön |