Ana Sayfa > Karusel / Dünya > Türkiyədə bələdiyyə sədri güllələndi

Türkiyədə bələdiyyə sədri güllələndi


4-11-2024, 13:40. Yazar: sevinc1
Türkiyədə bələdiyyə sədri güllələndi

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

aia.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.

Silahlı hücumda daha iki nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.

aia.az
Geri dön