Ana Sayfa > Gündəm > Anar Məmmədov Kürdəmirdə Ağdərə rayonunundan olan vətəndaşlarla görüş keçirib
Anar Məmmədov Kürdəmirdə Ağdərə rayonunundan olan vətəndaşlarla görüş keçirib4-11-2024, 11:23. Yazar: sevinc1 |
Millət vəkili Anar Məmmədov Kürdəmir rayonunda Kəlbəcər rayon 29 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış Ağdərə rayonunun Narınclar kəndindən olan vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb. Millət vəkilinin səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı qeyd edilib. Səyyar qəbulda iştirak edən vətəndaşlar doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. aia.az Geri dön |