Ana Sayfa > Ölkə > Qəzalar hər il Azərbaycana 2 milyard manat ziyan vurur

Qəzalar hər il Azərbaycana 2 milyard manat ziyan vurur


1-11-2024, 12:38. Yazar: sevinc1
Qəzalar hər il Azərbaycana 2 milyard manat ziyan vurur

Nəqliyyat eksperti Ərşad Hüseynov qəzaların ölkəyə nə qədər ziyan vurduğunu açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.

"30 oktyabrda Nazim Baxşiyev Astarada piyada hərəkət edərkən yük avtomobili ilə vurularaq dünyasını dəyişib. Allah rəhmət eləsin.

Onun ölümü 6 uşağı atasız qoydu. Özü də həmin altı azyaşlının anası da yoxdur (3 il əvvəl dünyasını dəyişibmiş, Allah ona da rəhmət eləsin). Həmin 6 uşaq dövlətinmi, yaxınlarınınmı himayəsində böyüyəcəklər? Taleləri necə olacaq? Demək çətindir.

Bütün bunların maddiləşmiş miqyası da çox böyükdür. Dünyada yol-nəqliyyat hadisələrinin vurduğu zərərin miqyasını qiymətləndirən beynəlxalq qurumların istifadə etdiyi metodikalardan yaralanaraq əminliklə deyə bilərik ki, yol-nəqliyyat hadisələri cəmiyyətimizə və ölkəmizə hər il təxminən 2 milyard manat ziyan vurur.

Belə davam edə bilməz. Bu qırğının qarşısı alınmalıdır", - deyə Ə.Hüseynov qeyd edib.

aia.az
Geri dön