Ana Sayfa > Manşet / Parlament > Səyyad Salahlı : "Azəbaycanda həkim çatışmazlığı var"

Səyyad Salahlı : "Azəbaycanda həkim çatışmazlığı var"


1-11-2024, 12:10. Yazar: sevinc1
Səyyad Salahlı : "Azəbaycanda həkim çatışmazlığı var"

Azərbaycanda öyrəndiyim faktlar məni təəccübləndirilir. Sən demə, Azəbaycanda həkim çatışmazlığı var.

aia.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin plenar iclasında deyib.

O qeyd edib ki, bunun səbəbi həkimin aldığı məvacibin az olmasıdır. Səyyad Salahlının sözlərinə görə, 1 200-1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır.

"İmişli Rayon Xəstəxanasında 30 həkim işləyir. Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda bir pediatr var. Halbuki xətəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətddir. Bir çox ixtisaslarda həkim yoxdur. Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır",- deputat qeyd edib.
Geri dön