Ana Sayfa > Karusel / Parlament > "Bir çox dövlətin simasızlığını görürük" -
"Bir çox dövlətin simasızlığını görürük" -1-11-2024, 11:48. Yazar: sevinc1 |
Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. aia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, biz COP və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük. “Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər. Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları satsınlar. Embarqo və sanksiyalarla dünyada Yaşıl terror siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar. Unutmayaq ki, 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada-enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ölkəmizdə neft əvəzinə günəş və külək enerjisi olmasın deyə, küçə və meydanlara çıxan yoxdur. Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən-Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü. Biz zori balayanların düşmənçilik ocağını Qayıdış və Varlıq İşığı ilə əvəz edirik. Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun”, - deyə Z.Oruc əlavə edib. aia.az Geri dön |