Ana Sayfa > Gündəm > Hicran Hüseynova YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib
Hicran Hüseynova YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçiribDünən, 19:45. Yazar: sevinc1 |
Oktyabrın 31-də Yeddinci çağırış 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim. Görüşdə şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçular da iştirak etdilər. Xüsusilə onların üzləşdiyi çətinliklərə diqqət yetirdim və müraciətlərinin həll olunması üçün aidiyyəti qurumlara yönləndirdim. Vətən müharibəsi qazilərinin müraciətləri xüsusi nəzarətə götürüldü və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı üçün qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər. Vətəndaşlar əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı müraciət etdilər. Müraciətlərdən bəziləri dərhal həll edildi, digər məsələlərin isə araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərildi. Seçicilərimizin rifahını daim diqqət mərkəzində saxlayaraq, onların problemlərinin həlli üçün hər zaman əlimdən gələni etməyə çalışacağam. Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Geri dön |