Ana Sayfa > Ölkə > Hava çirklənməsinə məruz qalma insult riskini artırır

Hava çirklənməsinə məruz qalma insult riskini artırır


31-10-2024, 10:53. Yazar: sevinc1
Hava çirklənməsinə məruz qalma insult riskini artırır

“Ətraf mühitin, təbii ki, insan orqanizminin funksiyalarına əhəmiyyətli təsiri var”.

aia.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova açıqlayıb.

Onun sözlərinə görə, ekoloji təhlükəsizlik məsələləri ölkəmiz üçün prioritet istiqamətlərdən biridir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nəhəng ekoloji konfransının bu il məhz Azərbaycanda keçirilməsi bunu bir daha təsdiq edir”.

Sonda P.Allahyarova “İqlim dəyişikliyi və insult” mövzusuna dair bir çox tədqiqatların aparıldığını qeyd edib:

“Bildiyimiz kimi, havanın çirklənməsi və qlobal istiləşmə ilə əlaqəli məsələlərdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumatlara görə, hava çirklənməsinə məruz qalma insult riskini artırır. Hazırkı iqlim dəyişiklikləri səbəbindən suyun duzluluğun artması da gözlənilir. Bu da, öz növbəsində, arterial təzyiqin yüksəlməsinə, nəticə etibarı ilə də insult riskinin artmasına səbəb ola bilər”.

aia.az
Geri dön