Ana Sayfa > İdman > Mahir Emreli qol vurdu, amma komandası uduzdu
Mahir Emreli qol vurdu, amma komandası uduzduBu gün, 09:14. Yazar: sevinc1 |
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində üçüncü qolunu vurub. aia.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya Kuboku çərçivəsində "Hoffenhaym"la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb. Matç "Nürnberq"in 1:2 hesablı məğlubiyyəti ilə bitib. M.Emreli daha əvvəl II Bundesliqanın IX turunda "Qroyter"ə və X turunda isə "Reqensburq"a qarşı oyunlarda da fərqlənmişdi. aia.az Geri dön |