Ana Sayfa > Siyasət > Kanada mətbuatı ABŞ-ı müttəfiqlərinə qarşı nankorluqda ittiham edib
Kanada mətbuatı ABŞ-ı müttəfiqlərinə qarşı nankorluqda ittiham edib30-10-2024, 17:05. Yazar: sevinc1 |
ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiff bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib. Bu, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal deyil. AZƏRTAC xəbər verir ki, tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirib. Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkib. Onun fikrincə, vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuzillik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır. Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur. Müəllifin qənaətinə görə, ABŞ-ın bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir. Geri dön |