Ana Sayfa > Özəl > Çin Avropa İttifaqı ilə ticarət mübahisələrini həll etməyə ümid edir

Çin Avropa İttifaqı ilə ticarət mübahisələrini həll etməyə ümid edir


Bu gün, 13:04. Yazar: sevinc1
Çin Avropa İttifaqı ilə ticarət mübahisələrini həll etməyə ümid edir

Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.

"Ümid edirik ki, Aİ Çinlə konstruktiv məsləhətləşmələri təşviq edəcək, xoş niyyət və çeviklik nümayiş etdirəcək, ticarət gərginliyini həll etmək üçün yollar axtaracaq və onları genişləndirməkdən və gücləndirməkdən çəkinəcək".
Onun sözlərinə görə, dialoq və əməkdaşlıq Çin-Avropa İttifaqı münasibətlərinin əsasını təşkil edir.
Lin Jian qeyd edib ki, yüksək tariflərin tətbiqi Çin və Avropa İttifaqı arasında əməkdaşlığa, avropalı istehlakçıların maraqlarına və Avropa İttifaqının yaşıl transformasiyası planlarına zərər vuran proteksionizmin tipik təzahürüdür.
Oktyabrın 29-da Avropa Komissiyası Çindən Aİ-yə elektriklə işləyən avtomobillərin idxalına beş illik 35,3%-ə qədər rüsumun tətbiqini təsdiqləyib. Eyni zamanda, Brüssel qeyd edib ki, tərəflər bu məsələdə kompromis axtarışlarını davam etdirəcəklər. Qərar oktyabrın 31-dən qüvvəyə minəcək.

aia.az
Tərcümə şöbəsi
Geri dön