Ana Sayfa > Aia TV > Demensiyanın qaraciyərlə əlaqəsi tapıldı

Demensiyanın qaraciyərlə əlaqəsi tapıldı


Bu gün, 09:10. Yazar: sevinc1
Demensiyanın qaraciyərlə əlaqəsi tapıldı

Qaraciyərdə olan molekullar beyni demensiyadan qoruyur.

aia.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər qaraciyərdə olan xüsusi molekulların demensiya müalicəsində istifadə edilə biləcəyini sübut edib.

Yeni elmi işin müəllifləri bildirib ki, qaraciyərdə olan LXR reseptorları və qalxanvari vəzin TRS reseptorları birgə beynin sinir hüceyrələrini qorumaqda iştirak edir.

Onlar həm də qanda xolesterinin miqdarını tənzimləyir. Məhz LXR reseptorlarının funksiyasının itirilməsi yaşlı insanlarda beynin neyrodegenerasiyasına səbəb ola bilər. Əksinə LRX-lərin aktivləşdirilməsi amiloid zülal birləşmələrinin yaranmasının və Alsheymerin qarşısını ala bilər.

Bu reseptorlar Parkinson xəstəliyi üçün də vacibdir. Eləcə də BAS və dağınıq sklerozda qoruyucudur.

Ona görə neyrodegenerativ və beyin atrofiyasının qarşısını almaq üçün qaraciyər molekullarını öyrənmək və qorumaq lazımdır.

aia.az
Geri dön