Ana Sayfa > Gündəm > Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib
Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib29-10-2024, 17:07. Yazar: sevinc1 |
Oktyabrın 29-da Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, problemləri ilə maraqlandım. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı idi. Qeyd etmək istərdim ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edildi. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərildi. Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Geri dön |