Ana Sayfa > İqtisadiyyat > AMB uçot dərəcəsi ilə bağlı qərar verəcək

AMB uçot dərəcəsi ilə bağlı qərar verəcək


28-10-2024, 11:44. Yazar: sevinc1
AMB uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

aia.az xəbər verir ki, noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.

Son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.

aia.az
Geri dön