Ana Sayfa > Gündəm > Millət vəkili Azər Kərimli seçiciləri ilə növbəti görüşünü “online” rejimdə keçirib
Millət vəkili Azər Kərimli seçiciləri ilə növbəti görüşünü “online” rejimdə keçirib27-10-2024, 10:00. Yazar: sevinc1 |
VII çağırış Milli Məclisin deputatı Azər Kərimli öz seçiciləri ilə müntəzəm keçirdiyi görüşlərin gedişində vətəndaşların qayğıları ilə maraqlanır, mövcud problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atır. aia.az xəbər verir ki, millət vəkilinin 111 saylı Zaqatala- Balakən Seçki dairəsini təmsil edən sakinlərlə növbəti görüşü “online” rejimdə baş tutmuşdur. Məlumatda deyilir ki, oktyabrın 26-da Zaqatala və Balakən rayonlarından olan seçicilərin “online” qəbulunu həyata keçirən Azər Kərimli vətəndaşları dinləmiş, onların problemləri və qayğıları ilə maraqlanmış, mövcud məsələləri müvafiq qaydada həll edilməsi üçün qeydə almışdır. Azər Kərimli seçicilərini əmin etmişdir ki, müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq. Geri dön |