Ana Sayfa > Ölkə > Qazaxda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
Qazaxda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi26-10-2024, 12:52. Yazar: sevinc1 |
“Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlamlar Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasıının yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş və bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu məqsədlə respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri də oktyabr ayının 26-da Qazax şəhərinin səfalı guşəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan, artıq rayon sakinləri tərəfindən ziyarətgaha çevrilmiş parkda keçirildi. Qazax rayon İcra Hakimiyyəti ilə birgə YAP Qazax rayon təşkilatının 100-ə qədər fəallarının və könüllülərin iştirakı ilə 500 ədəd həmişəyaşıl ağac tingi əkildi. Bununla da partiya fəalları “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma və s. işlərinə öz töhfələrini verdilər. aia.az Geri dön |