Ana Sayfa > Özəl > Qəzzada ölənlərin sayı 42 min 792-yə yüksəlib

Qəzzada ölənlərin sayı 42 min 792-yə yüksəlib


Bu gün, 14:30. Yazar: sevinc1
Qəzzada ölənlərin sayı 42 min 792-yə yüksəlib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 792, yaralıların sayı isə 100 min 412-yə yüksəlib.
İsrail 383 gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saatda həyata keçirdiyi 6 hücumda 74 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisinin 42 min 792, yaralıların sayının isə 100 min 412-yə yüksəldiyi bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön