Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda qriplə bağlı vəziyyət AÇIQLANDI

Azərbaycanda qriplə bağlı vəziyyət AÇIQLANDI


26-12-2016, 12:59. Yazar: admin
Azərbaycanda qriplə bağlı vəziyyət AÇIQLANDI




Azərbaycanda qriplə bağlı vəziyyət stabildir.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev APA-ya deyib ki, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: "Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur".

İ.Ağayev son zamanlar yayılan qripin daha uzun müddət davam etməsi barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, qripin kimdəsə çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır. Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: "Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır".

aia.az
Geri dön