Ana Sayfa > Cəmiyyət > Sabahın HAVAsı

Sabahın HAVAsı


26-12-2016, 12:56. Yazar: admin
Sabahın HAVAsı




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi mülayim gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

aia.az
Geri dön