Ana Sayfa > Gündəm > Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq


22-10-2024, 12:16. Yazar: sevinc1
Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyən edilir.

aia.az xəbər verir ki, bu barədə məsələ bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.


Geri dön