Ana Sayfa > Seçilənlər-5 / Manşet > Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq
Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq26-12-2016, 12:36. Yazar: admin |
Azərbaycanda qayda pozan piyadaları həbs gözləyir. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur. aia.az avtosfer.az-a istinadən xəbər verir ki, hazırda qanunvericliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanır. Təkliflərin gələn il Milli Məclisə təqdim ediləcəyi gözlənilir. Maraq doğuran təkliflərdən biri yol hərəkəti qaydalarını pozan piyadalarla bağlıdır. Belə ki, yolda hərəkət hissələrini ayıran məhəccərin üstündən keçən piyadaların 15 günədək inzibati qaydada həbs olunması təklif olunur. Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərində tullanaraq yolu keçən piyadaların şəxsiyyəti nəzərə alınmaqla 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması təklifinin zərurətdən irəli gəldiyi bildirilir. Təklifi hazırlayan subyekt hesab edir ki, magistral və rayonlararası (şəhərlərarası) yollarda yolun hərəkət hissəsinə çıxaraq vurulan piyadaların sayı artıb. Hansı ki, həmin yollarda hərəkət hissələri dəmir və beton arakəsmələrlə kəsilib. Bu baxımdan, hesab olunur ki, belə piyadaların daha sərt şəkildə cəzalandırılması gələcəkdə bu kimi hadisələrin sayının azalmasına səbəb ola bilər. Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı 4 maddə üzrə məsuliyyət nəzərdə tutulur. Onların da hər birinin cəriməsi 20 manatdan ibarətdir. aia.az Geri dön |