Ana Sayfa > Karusel / Parlament > Deputat bələdiyyələrlə bağlı bu məsələnin məcburi olmasını təklif edib

Deputat bələdiyyələrlə bağlı bu məsələnin məcburi olmasını təklif edib


21-10-2024, 15:20. Yazar: sevinc1
Deputat bələdiyyələrlə bağlı bu məsələnin məcburi olmasını təklif edib

"Bələdiyyələr üçün internet səhifələrinin yaradılması, bu səhifələr vasitəsilə maliyyə hesabatlarının təqdim edilməsinin məcburiliyini təklif edərdim".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

"Bizə yaxın ölkələrin təcrübəsi göstərir ki, bu halda bələdiyyələr daha hesabatlı olur. Vətəndaş da bilir ki, bələdiyyəyə ödədiyi vəsait necə xərclənir, vəsaitin hərəkətliliyini izləyə bilir. Bu, həm şəffaflığın, həm də hesabatlılığın artmasına xidmət etmiş olur", - deyə deputat bildirib.

aia.az
Geri dön