Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Gəncədə intihara cəhd – VİDEO

Gəncədə intihara cəhd – VİDEO


15-09-2015, 13:20. Yazar: admin

O, özünü 8-ci mərtəbədən atmaq istədi.

Şəmkir rayon sakini Gəncənin mərkəzində yeni tikilməkdə olan binanın 8-ci mərtəbəsinə çıxaraq intihara cəhd edib.

Aia.az xəbər verir ki, APA TV-nin qərb bürosunun məlumatına görə, Tamerlan Ələsgərov özünü 8-ci mərtəbədən atmaq istəyib.

Hadisə yerinə FHN-in və Gəncə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Aparılan danışıqlar nəticəsində Tamerlan Ələsgərovu fikrindən daşındırmaq mümkün olub.

İntihar cəhdinin səbəbləri araşdırılır.
Geri dön