Ana Sayfa > Parlament > Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır


18-10-2024, 14:24. Yazar: sevinc1
Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır.

aia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

- Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

aia.az
Geri dön