Ana Sayfa > Özəl / Təhsil > Kollecdə “18 oktyabr-Müstəqilliyin Bərpası Günü” qeyd edildi
Kollecdə “18 oktyabr-Müstəqilliyin Bərpası Günü” qeyd edildi18-10-2024, 14:02. Yazar: sevinc1 |
Bu gün Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 33 yaşı tamam olur. Bu münasibətlə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə tədbir keçirildi. aia.az xəbər verir ki, tədbirdə kollecin metodisti Sveta Behbudova çıxış edərək bildirdi ki, qədim zamanlarda Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər mövcud olmuşdur. Lakin tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra süqutundan sonrada müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başladı. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan Sveta Behbudova vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müstəqilliyimiz uğrunda aparılan mübarizənin canlı şahidi, Kollecin müəllimi Qələndər Muxtarlı çıxışında qeyd etdi ki, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.Ölkəmiz xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. 1991-ci ildə xalqımız ikinçi dəfə müstəqilliyinə qovuşdu.Və bu gün müstəqil Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edir. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri zamanı isə Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdilər. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik və dövlətin konstitusiya quruluşu tam bərqərar oldu. UNEC-in nəzdində Sosial İqtisadi Kollecшт direktoru Şəhriyar Laçınov da öz növbəsində çıxışında bildirdi ki, Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün qazandığımız qələbələr nəticəsində torpaqlarımızın işğalına son qoyuldu,dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir! Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib. . Geri dön |