Ana Sayfa > Parlament / Karusel > "Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir" -

"Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir" -


18-10-2024, 13:27. Yazar: sevinc1
"Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir" -

"Bələdiyyələr konstitusiyamızda yazıldığı kimi, müstəqil olmalıdır. Müstəqil olmasa, onun sayının 2700 yaxud 685 olmasının heç bir əhəmiyyəti olmayacaq. Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, son dövrlər bələdiyyələrin maliyyəsi 30-35 milyon manatdan 50 milyon manaya yaxınlaşıb:

"Biz bunu müsbət qiymətləndiririk. Etiraf edək ki, 50 milyon manat ortabab biznes strukturunun illik gəlirindən çox deyil. Həmin vəsaitin 55 faizi əməkhaqqına, 25 faizi xidmətlərin alınmasına, yerdə qalanı isə digər məsələlərin həllinə yönəldilir".

aia.az
Geri dön