Ana Sayfa > Gündəm > TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək
TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək17-10-2024, 14:43. Yazar: sevinc1 |
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək. aia.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir. Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq. Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək. Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. aia.az Geri dön |