Ana Sayfa > Özəl > Livanda vəba xəstəliyi qeydə alınıb

Livanda vəba xəstəliyi qeydə alınıb


Dünən, 20:51. Yazar: sevinc1
Livanda vəba xəstəliyi qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəsi Abdinasir Abubakar ölkənin şimalında vəba xəstəliyinin qeydə alındığını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
O, bu barədə brifinq zamanı bildirib. Əbubəkarın sözlərinə görə, yüz minlərlə qaçqının ölkəyə daxil olması ilə xəstəliyin ötürülməsi riski çox yüksək hesab olunur.

“Bu yaxınlarda Livanın şimalında əhalinin peyvənd olunmadığı bir ərazidə vəba xəstəliyi təsdiqləndi. Ölkənin cənubundan qaçan və bu xəstəliyə qarşı heç bir müdafiəsi olmayan yüz minlərlə insanın gəlməsi ilə yoluxma riski çox yüksəkdir”.Bundan əlavə, Əbubəkar əmin edib ki, ÜST vəziyyətə nəzarət etmək üçün bütün lazımi tədbirləri görür.


Xatırlayaq ki, vəba çox yoluxucu xəstəlikdir və çirklənmiş su və ya qida qəbulu ilə ötürülür. Kəskin ishala səbəb olur və ağır formada ölümlə nəticələnə bilər.

ÜST sentyabr ayından bəri Livanın səhiyyə sisteminə 23 hücumun edildiyini bildirmişdi.


aia.az
Tərcümə şöbəsi
Geri dön