Ana Sayfa > Özəl > Ukrayna üzrə danışıqlar üçün uyğun ölkə müəyyən edilib

Ukrayna üzrə danışıqlar üçün uyğun ölkə müəyyən edilib


Dünən, 20:43. Yazar: sevinc1
Ukrayna üzrə danışıqlar üçün uyğun ölkə müəyyən edilib

Hindistanın baş naziri Narendra Modi Avstriyanı Ukrayna üzrə danışıqlar üçün əlverişli yer adlandırıb. Reuters xəbər verir ki, bunu ölkənin kansleri Karl Nehammer deyib.“Modi neytral mövqeyinə və BMT agentliklərinin yerləşməsinə görə Avstriyanı sülh danışıqları üçün əlverişli yer hesab edir. Braziliyadan da maraq var”, - deyə agentlik Avstriya hökuməti başçısının mətbuat xidmətindən sitat gətirir.
Nehammer həmçinin xatırladıb ki, Hindistan BRİKS-in üzvüdür və onun beynəlxalq aləmdə əhəmiyyəti yüksəkdir. Onun sözlərinə görə, Nyu-Dehli bununla bağlı Rusiya ilə bütün lazımi kommunikasiya kanallarına malikdir.Bundan əvvəl Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Moskva və Kiyevin iştirakı ilə aparılmalıdır. Hindistanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, danışıqlar zamanı bütün tərəflərin mövqe tutması və sonra Rusiyaya bunun “kollektiv mövqe” olduğunu söyləməsi ola bilməz.

aia.az
Tərcümə şöbəsi
Geri dön