Ana Sayfa > Ölkə > Metrodan istifadə edən sərnişinlərin sayı

Metrodan istifadə edən sərnişinlərin sayı


Bu gün, 17:34. Yazar: sevinc1
Metrodan istifadə edən sərnişinlərin sayı

Bu ilin yanvar-sentyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 7,3 % artıb.

aia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 168,3 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.

aia.az
Geri dön