Ana Sayfa > Manşet / Dünya > Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ:

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ:


16-10-2024, 16:42. Yazar: sevinc1
Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ:

Türkiyənin Malatya şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Episentri Kale mahalı olan zəlzələ bir çox vilayətdə hiss olunub. 3 binada qismən çökmə baş verərkən, can itkisinin olmadığı açıqlanıb.

aia.az xəbər verir ki, Malatyada 4 nəfər hündürlükdən yıxılma kimi səbəblərdən, Şanlıurfada isə bir evin eyvanının çökməsi nəticəsində 1 nəfər yaralanıb. Elazığ valisi Numan Hatipoğlu zəlzələdə 94 nəfərin yaralandığını, 2 binanın ciddi ziyan gördüyünü bildirib.

***12:25

Malatya vilayətində baş verən güclü zəlzələyə görə təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barəsə şəhər valisi Seddar Yavuz məlumat yayıb.

***12:01

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ baş verib.

aia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Episentri Malatyanın Kale rayonu olan 5,9 bal gücündə zəlzələ saat 10.46-da qeydə alınıb. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub.

aia.az
Geri dön