Ana Sayfa > Dünya > Gürcüstan yenə “3+3” formatlı görüşdən imtina etdi

Gürcüstan yenə “3+3” formatlı görüşdən imtina etdi


Bu gün, 16:03. Yazar: sevinc1
Gürcüstan yenə “3+3” formatlı görüşdən imtina etdi

Gürcüstan tərəfi İstanbulda keçiriləcək “3+3” regional məsləhət platformasının üçüncü iclasında təmsil olunmayacaq.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazir iclasın oktyabrın 18-də keçiriləcəyini deyib.

Qeyd edək ki, Gürcüstan bundan əvvəlki iclaslara da Rusiyaya etiraz əlaməti olaraq qatılmayıb.

aia.az
Geri dön