Ana Sayfa > Karusel / Ölkə > Tiktoker Renka

Tiktoker Renka


Bu gün, 14:59. Yazar: sevinc1
Tiktoker Renka

Azərbaycanda bloqer saxlanılıb.

aia.az lent.az-a istinadən bildirir ki, bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, "Nə edirəm oğulu? Mənə oğul lazımdır?" - deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

aia.az
Geri dön