Ana Sayfa > Parlament / Karusel > "Azərbaycan ərazisinin 12%-i minalarla çirkləndirilib" -

"Azərbaycan ərazisinin 12%-i minalarla çirkləndirilib" -


Bu gün, 11:21. Yazar: sevinc1
"Azərbaycan ərazisinin 12%-i minalarla çirkləndirilib" -

"Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur. Bunların üçdə biri uşaqlardır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasındadır: "Ölkənin ümumi ərazisinin 12% faizi minalarla ciddi şəkildə çirkləndirilib. İndiyə qədər 3400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır. Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib".

aia.az
Geri dön