Ana Sayfa > Təhsil / Manşet > Nazir:

Nazir:


Bu gün, 10:49. Yazar: sevinc1
Nazir:

Təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.

aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

"Təhsil bir neçə pillədən ibarətdir və burada əsas məqsəd təhsilin burada özünü doğrulda bilməsidir. Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik din adı altında uşaqlara nə aşılanır".

Nazir dini sahədə kadr hazırlığına xüsusi önəm verilməli olduğunu vurğulayıb.

E. Əmrullayev elmi tədqiqatlar mövzusunda da fikirlərini bölüşüb: "Son dövrdə elmi məqalələrin sayında artımı görürük və belə məqalələr daha geniş autoriyalara çatdırılmalıdır".

aia.az
Geri dön