Ana Sayfa > Manşet / Ölkə > Tovuzda dönərdən kütləvi zəhərlənmə -
Tovuzda dönərdən kütləvi zəhərlənmə -16-10-2024, 10:07. Yazar: sevinc1 |
Tovuzda dönərdən zəhərlənmə faktı qeydə alınıb. aia.az-ın unikal-a istinadən məlumatına görə, Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir. Zəhərlənən şəxslər bunlardır: Qovlar şəhər sakinləri 2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova; 1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov; 1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov; 2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov; 2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva; 1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva. İbrahimhacılı kənd sakinləri 1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev; 2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov; 2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov; 1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova; 1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov. Köhnəqala kənd sakinləri 2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli; 2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev; 2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev. Alakol kənd sakini 1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva; Əyyublu kənd sakini 1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov; Gəncə şəhər sakinləri 2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova; 2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova. Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənib. aia.az Geri dön |