Ana Sayfa > Gündəm / Manşet > Xədicə İsmayılovadan yeni xəbər

Xədicə İsmayılovadan yeni xəbər


23-06-2015, 08:18. Yazar: admin
Xədicə İsmayılovadan yeni xəbər
Jurnalistin cinayət işi üzrə istintaq başa çatıb.
Aia.az xəbər verir ki, Xədicə İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ANS PRESS-in məlumatına görə, iyunun 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə diar İşlər üzrə İstintaq İdarəsi jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə istintaqın başa çatdığını elan edib.

Bu gündən Xədicə İsmayılova və vəkillər ayrı-ayrılıqda cinayət işinin materilları ilə tanış olmağa başlayacaqlar.

Qeyd edək ki, Xədicə İsmayılovaya qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Geri dön